20 yaşlı velosipedçi qızı maşın vurub

20 yaşlı velosipedçi qızı maşın vurub


Sumqayıt şəhərində 20 yaşlı velosipedçi qızı maşın vurub.

ONN media xəbər verir ki, 1998-ci il təvəllüdlü Hacıyeva Nigar Cahanşah qızı Hacı Zeynalabdin qəsəbəsində öz şəxsi velosipedi ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn "QAZ 24" markalı avtomobil onu vurub.

Qəsəbə sakini ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, əməliyyat olunan 20 yaşlı qızın vəziyyəti ağırdır.

Sürücü məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt