Polis İdarəsinin həyətində maraqlı hadisə

Polis İdarəsinin həyətində maraqlı hadisə


Bakıda qəzaya düşən sürücünün qiymətli əşyaları və pulu yol polisinin həyətində yoxa çıxıb.

ONN media xəbər verir ki, şikayətçi Müşviq Əsgərzadə bildirib ki, iyulun 1-də saat 16 radələrində keçmiş Karl Marks heykəlinin yanındakı körpünün üstündə 5 avtomobilin iştirakı ilə zəncivari qəzaya düşüb. 

Qəzadan sonra işin araşdırılması üçün Bakı Şəhər Yol Polis İdarəsinə gedib. Polis idarəsinin həyətində avtomobilin içərisində olan əşyalarını, mobil telefonlarını, maaş kartlarını və içərisində 180 manat olan pul kisəsini götürərək selofan torbaya qoyub. Sonra isə həmin torbanı elə polisin həyətində bir kənara qoyaraq izahat vermək üçün binaya daxil olub. Qayıdanda isə əşyalarının oğurlandığını görüb. 

M.Əsgərzadə deyir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin ''102'' xidmətinə məlumat verib. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları gəlib.

Bölmədən bildirildi ki, sözügedən hadisədə oğurluqdan söhbət gedə bilməz. Vətəndaş əşyalarını yol kənarında qoyaraq unudub, geri qayıdanda isə tapmayıb. Hazırda araşdırma aparılır. Kameralara baxış keçiriləcək. 

Geri qayıt