3 nəfər itin hücumuna məruz qalıb

3 nəfər itin hücumuna məruz qalıb


Şəkidə üç nəfəri it dişləyib.

ONN media xəbər verir ki, bu gün axşam saat 19 radələrində Şəki şəhəri M. Məmmədov küçəsi, ev 10 ünvanında yaşayan 2008-ci il təvəllüdlü Vüsal Saleh oğlu Cabbarlı sol budun, saat 20 radələrində Şəki şəhəri Gənclər küçəsi, ev 14 ünvanında yaşan 1961-ci il təvəllüdlü Ceyhun Qafur qızı Rəsulova sağ baldırın və saat 21 radələrində Şəki şəhəri H. Cavid küçəsi ev 23 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Fərid Eldar oğlu Əhmədov hər iki budun it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan bildirilib ki, hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Geri qayıt