"Belarus" traktorunun qoşqusu yanıb

Biləsuvar rayonunda yanğın qeydə alınıb.
ONN media FHN-in mətbuat xidmətindən verilən məlumata əsasən, rayonun Yuxarı Ağalı kəndində "Belarus” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 2,5 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.