Yük avtomobili ilə minik maşın toqquşub

Yük avtomobili ilə minik maşın toqquşub


Ələt-Astara yolunun Masallı rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 4 nəfər sərnişini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Geri qayıt