3 otaqlı evdə yanğın hadisəsi baş verib

Şəmkirdə ev yanıb.
FHN-dən ONN media -ya verilən məlumata görə, rayonda ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün və 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.