DƏŞHƏT: 45 yaşlı şəxs yük maşının altında qalaraq öldü

Tovuz sakinini avtomobil vuraraq öldürüb.
ONN media xəbər verir ki, hadisə rayonunu Ağdam kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini 1973-cü il təvəllüdlü Hacıyev İsmixan İdoş oğlu ehtiyatsızlıq nəticəsində arxaya hərəkətdə olan yük avtomobilinin altında qalıb. İ.Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.