Çimərliyə gələn şəxsin əl çantası oğurlandı

Çimərliyə gələn şəxsin əl çantası oğurlandı


Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən çimərlikdə oğurluq faktı qeydə alınıb.

ONN media xəbər verir ki, çimərliyə dincəlməyə gələn Gəray Məhəmmədlinin əl çantasını dənizdə çimərkən oğurlanıb. Zərərçəkənin sözlərinə görə, əl çantasında mobil telefon və 100 manat pul olub. 

Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb, zərərçəkənin ifadəsi alınıb.

Geri qayıt