İsti havalara görə 3 nəfər həyatını itirib

İsti havalara görə 3 nəfər həyatını itirib


ONN media xəbər verir ki, İyulun 2-dən 8-dək bir həftə ərzində istilikdən üç nəfər həyatını itirib, 2722 nəfər xəstəxanaya göndərilib.

Bu haqda məlumatı Yaponiyanın yanğınsöndürmə və təcili tibbi yardım xidməti verib.

Əvvəlki həftə ilə müqayisədə xəstəxanaya yerləşdirilən xəstələrin sayı bir qədər azalıb. Bu, ölkənin əksər ərazisində leysan yağışlarının yağması səbəbindən ola bilər.

Ancaq indi ölkədə yenidən isti hava şəraiti müşahidə olunur. İsti hava yüksək rütubətlə birlikdə yenidən günvurmadan xəsarət alan insanların artmasına səbəb ola bilər.

Geri qayıt