57 baş qoyun tələf oldu

57 baş qoyun tələf oldu


ONN media xəbər verir ki, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurmuşdur.

Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilmişdir. 57 baş qoyun isə tələf olmuşdur.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Geri qayıt