Traktor qoşqusu ot bağlaması ilə birlikdə kül oldu
Şabranda traktor qoşqusu içinə yığılmış ot bağlaması ilə birlikdə yanıb.
ONN media -ya FHN-dən verilən məlumata görə, rayonunun Şahnəzərli kəndində "UMZ" markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 2,5 ton ot bağlaması yanıb. Məlumata görə, traktor və yaxınlıqdakı digər qoşqu yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
