Ali Məhkəmənin qarşısında mikroavtobus yandı- FOTOLAR

Ali Məhkəmənin qarşısında mikroavtobus yandı- FOTOLAR


Bakıda hərəkətdə olan mikroavtobus gözlənilmədən alışıb.

ONNmedia-nın report-a istinadən verdiyi məlumata görə, hadisə Ali Məhkəmənin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, “Ford Transit” markalı 99-JN-835 dövlət nömrə nişanlı mikroavtobus yanıb.

Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Geri qayıt