Ucarda bədbəxt hadisə

Ucarda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
ONN media xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nərimanov küçəsində baş verib.
Şəhər sakini, 2017-ci il təvəllüdlü Sahib Əziz oğlu Abbasovu elektrik enerjisi vurub. Məlumata görə, nəzarətsiz qalan uşağın üstünə sərinkeş aşıb.
Uşaq Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, onun keçindiyi məlum olub.
Fakt araşdırılır.