Avtomobil velosipedçini vuraraq aşıb - 6 yaralı

Dünən axşam saatlarında Xudat-Nabran yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
ONN media xəbər verir ki, "VAZ 2107" markalı maşın yoldan keçən velosipedçini vurub. Daha sonra idarəetməni itirən avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 6 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.