Yük maşını ilə minik avtomobili toqquşub

Yük maşını ilə minik avtomobili toqquşub


Astarada yük maşını ilə minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, hadisə Lənkəran-Şahağacı yolunun Qamışovka kəndi ərazisində baş verib. 

Hunday markalı avtomaşın VAZ 2106 markalı avtomaşınla toqquşması zamanı xəsarət alan üç nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt