"Riyad" Ticarət Mərkəzi yanır

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən ONN media-ya verilən məlumata görə, yanğın rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.
Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.