Cəlilabadda azyaşlı uşağı maşın vurub

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
ONN media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili şəhər sakini, 2011-ci il təvəllüdlü Quliyev Həsən Cavid oğlunu vurub. Yaralı xəsarətlərlə xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.