“Mercedes” və “Ford” markalı avtomobillər toqquşub

Şəmkirdə yol qəzası baş verib.
ONN media xəbər verir ki, Bakı-Qazax magistral yolunun Şəmkir şəhərindən keçən hissəsində “Mercedes” və “Ford” markalı avtomobillər toqquşub.
İlkin məlumata əsasən, qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.