Maşın piyadanı vuraraq öldürüb

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.
ONN media xəbər verir ki, hadisə Xan Qərvənd kəndində baş verib. Hələ ki markası məlum olmayan hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Ziyəddin Əli oğlunu vurub. Piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.