Dağıstanda qəza: 10 azərbaycanlı yaralandı

Dağıstanda qəza: 10 azərbaycanlı yaralandı


Dağıstanda “Qafqaz” federal trasında böyük avtomobil qəzası baş verib.

ONN media xəbər verir ki, qəzaya səbəb minik avtomobilinin “Qazel” markalı mikroavtobusla toqquşması olub. Nəticədə iki nəfər həlak 10 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Rusiya Səhiyyə Nazirliyi “Qazel”də yaralanan şəxslərin hamısının Azərbaycan vətəndaşı olduğunu açıqlayıb.

Geri qayıt