Dəhşətli hadisə: 12 yaşlı uşaq inəklə toqquşaraq öldü

Dəhşətli hadisə: 12 yaşlı uşaq inəklə toqquşaraq öldü


Lerikdə 12 yaşlı uşaq faciəli şəkildə ölüb.

ONN media-nın Apa-ya istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub.

Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O.İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.

Geri qayıt