Mənzildən 10 min manatlıq qızıl əşyaları oğurlandı

Lənkəranda mənzildən 10 min manatlıq qızıl əşyalar oğurlanıb.
ONN media xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 16-da rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Murad Rəhimli, Vüqar Əliyev və əvvəllər məhkum olunmuş Qoşqar Ağarzayev saxlanılıblar.