Qubada bədbəxt hadisə

Qubada bədbəxt hadisə


Quba rayonunda bədbəxt hadisə qeydə alınıb. 

ONN media xəbər verir ki, hadisə rayonun Zərqava kəndində baş verib.  Suda qaynadılan balonun partlaması nəticəsində iki nəfər müxtəlif yanıq xəsarətləri ilə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlar kənd sakinləri 1984-cü il təvəllüdlü Məhəbbət Qəniyev və 1983-cü il təvəllüdlü Nuranə Babayevadır. Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Geri qayıt