İkinci mərtəbədən yıxılan 3 yaşlı uşaq...

Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb.
ONN media xəbər verir ki, hadsiə "Yaşıldərə" yaşayış massivində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 2015-ci il təvəllüdlü Paşalı Yunis Namiq oğlu ikinci mərtəbədən düşərək ağır xəsarətlər alıb. Azyaşlı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.