Bakıda yanğın

Bakıda yanğın olub.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 8 C ünvanında istifadəyə yararsız avtomobil şinləri 25 m² sahədə yanıb.
Yaxınlıqdakı çoxmərtəbəli binanın 1-ci mərtəbəsində 2 otağın pəncərəsinin şüşələri çatlayıb, binanın üzlük hissəsi qismən qaralıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.