Şimal bölgəsində meşəətrafı ərazidə yanğın başlayıb

Şimal bölgəsində meşəətrafı ərazidə yanğın başlayıb


Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb.

ONN media  FHN-nin saytına istinadən xəbər verir ki, ərazidə əsən külək yanğının meşəlik əraziyə (çətin keçilən dağlıq ərazi) keçməsinə səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd “Mi-17” helikopteri hazırda hadisə rayonundadır. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək

Geri qayıt