Qubada yanğının söndürülməsinə helikopterlər cəlb edilib

Qubada yanğının söndürülməsinə helikopterlər cəlb edilib


Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

ONN media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, mürəkkəb reylefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

İlkin məlumata görə, qeyd olunan ərazidə quru ot və kol-kos yanır.

Geri qayıt