Maşınlardan oğurluq edən şəxs saxlanılıb

Avqustun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ü.Şahvələdovun “Nissan” markalı avtomobilindən mobil telefon oğurlanıb.
ONN media xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Əhmədov saxlanılıb.
Eyni zamanda Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəhər sakini E.Əliyevə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini Xansuvar Əsgərov saxlanılıb. Onun şəhər ərazisində 3 velosiped və “Mercedes” markalı avtomobildən sənəd oğurlaması da müəyyən edilib.