İstirahətə gələn ailə qəzaya düşdü — 5 yaralı var

Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.
ONN media xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.