Daha bir körpə həyatını itirdi

Daha bir körpə həyatını itirdi


ONN media xəbər verir ki, Gəncə şəhərində körpə doğuş zamanı ölüb.

Hadisə Gəncə şəhərində yerləşən özəl klinikalardan birində baş verib.

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb. Körpənin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. 

Geri qayıt