Fəhlə hündürlükdən yıxılıb öldü

Fəhlə hündürlükdən yıxılıb öldü


Şəkidə fəhlə tikintidə ölüb.

ONN media xəbər verir ki, Şəki rayon Prokurorluğunun yaydığı məlumata əsasən, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.

Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt