Avtomobil 82 yaşlı kişini vurub

Avtomobil 82 yaşlı kişini vurub


Ağdaşda yaşlı kişini avtomobil vurub.

ONN media bildirir ki, hadisə rayonun Ləki-Xınaxlı avtomobil yolunda baş verib. Belə ki, Abad kənd sakini idarə etdiyi "Mersedes" markalı avtomobillə yolu keçmək istəyən 82 yaşlı Ağzıbir kənd sakini İbrahimov Babakərim Səfiqulu oğlunu vuraraq xəsarət yetirib. Piyada ön şüşəyə çırpılaraq onu qırıb və maşının üzərində bir sürə qalaraq yerə düşüb. Yaralıya yardım olunması üçün əraziyə həkim dəvət olunub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt