Mənzildə 47 yaşlı kişi meyiti tapıldı
Xətaidə mənzildə 47 yaşlı kişi meyiti tapılıb.
ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Raci Pablik Viladiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
