Azyaşlı uşağı maşın vurub

Azyaşlı uşağı maşın vurub


Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə axşam saatlarında İslam İslamzadə küçəsində baş verib.

Markası hələ ki, naməlum olan avtomobil yolu keçən 2012-ci il təvəllüdlü şəhər sakini Quluzadə İmaməli Məhəmməd oğlunu vuraraq ona xəsarət yetirib.Yaralı uşaq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt