Qaradağda yol qəzası- ÖLƏN VAR

Qaradağda yol qəzası- ÖLƏN VAR


Qaradağ rayonunda yol qəzası baş verib.   

Daxili İşlər Nazirliyindən ONN media-ya verilən məlumata görə, hadisə rayonun Ələt qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, avqustun 16-da saat 21 radələrində Salyan rayon sakini Elxan Salahov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarında dayanmış Yevlax rayon sakini Elnur Adıgözəlova məxsus “KamAZ” markalı avtomobilə vurub və nəticədə E.Salahov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Geri qayıt