Dənizdə 19 yaşlı gənc boğuldu

Sabunçu rayonu, Pirşağı çimərliyində ölüm faktı qeydə alınıb.
ONN media bildirir ki, 1999-cu il təvəllüdlü Kənan Oruclu dənizdə çimərkən batıb. Ətrafda olan insanlar gəncə kömək etmək istəsələrdə mümkün olmayıb. K.Oruclunun meyiti xilasedicilər vasitəsi ilə sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırmalara başlanılıb.