Bərdədə at kişini vurub ölümcül vəziyyətə saldı

Bərdədə at kişini vurub ölümcül vəziyyətə saldı


Bərdədə at kişini vuraraq ölümcül eləyib. Altmış yaşlı kişi reanimasiyada ciddi həkim nəzarətindədir

ONN media xəbər verir ki, hadisə Bərdə rayonunun Hacallı kəndində baş verib. Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib ki, 1958-ci il təvəllüdlü Bərdə sakini Cəfərov Fəxrəddin Allahverdi oğlunu at vuraraq ona ağır bədən xəsarətləri yetirib. Dərhal xəstəxanaya çatdırılan F. Cəfərov reanimasiya şöbəsinə yerləşdirilib. Cəfərovun vəziyyətinin ağır olduğunu bildirilib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.



 

Geri qayıt