Maşın 14 yaşlı piyadanı vurdu

Maşın 14 yaşlı piyadanı vurdu


Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü kənd sakini Əzimov Mirzəbəy Ramal oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt