Liftdə 2 nəfər köməksiz vəziyyətdə qalıb

Liftdə 2 nəfər köməksiz vəziyyətdə qalıb


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda ayrı-ayrı ünvanlarda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

ONN media  FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Geri qayıt