Avtomobil iki məktəbili qızı vurub

Avtomobil iki məktəbili qızı vurub


Sumqayıt şəhərində kursdan çıxan iki məktəbli qızı maşın vurub.

ONN media xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. 

2002-ci il təvəllüdlü Rəhiməxanım Etibar qızı Sadıqova və 2005-ci il təvəllüdlü Nəbiyyə İsmayıl qızı Sadıqovanı yolu keçmək istəyərkən avtomobil vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt