Yeniyetmə qız kimyəvi dərmandan zəhərləndi
Qazax rayonunda zəhərlənmə hadisəsi baş verib.
ONN media xəbər verir ki, rayonun Dəmirçilər kəndində 17 yaşlı yeniyetmə E.İbrahimova yaşadığı evdə kimyəvi dərmandan zəhərlənib.
O, ağır halda xəstəxanaya yerləşdirilib. Qızın dərmanı bilmədən içdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
