Biləsuvarda yol qəzası - Xəsarət alan var

Biləsuvar rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ONN media report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun 89-cu kilometrliyində - Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində Yardımlı rayon sakini, 1994-cü il təvəllüdlü Maqsud Namiq oğlu Hacızadə xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.