Türk ordusundan əməliyyat: 5 PKK-çı məhv edildi

Türk ordusundan əməliyyat: 5 PKK-çı məhv edildi


Türkiyənin Bingöl vilayətinin Genç mahalında təhlükəsizlik qüvvələri ilə silahlı atışmada 5 PKK-çı məhv edilib.

ONNmedia CNN TÜRK-ə istinadən xəbər verir ki, bu barədə Bingöl valiliyi məlumat yayıb.

Atışmanın hələ də davam etdiyi bildirilib.

1 terrorçu isə ələ keçirilib.

Bundan əlavə, terrorçulara məxsus müxtəlif iri və orta çaplı silahlar da müsadirə edilib.

Geri qayıt