Maşının vurdğu piyada xəstəxanada keçinib

Maşının vurdğu piyada xəstəxanada keçinib


Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən ONN media -ya bildiriblər ki,  sentyabrın 5-də saat 23 radələrində Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində Orta-Salahlı kənd sakini Turxan Nəzərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlövsət Nəsibovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.

Geri qayıt