Avtomobil piyadanı vurub öldürdü

Avtomobil piyadanı vurub öldürdü


Sabirabad rayonunun Cəngən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən ONN media -ya verilən məlumata görə, sentyabrın 8-nə keçən gecə Sabirabad rayonunun Cəngən kəndi ərazisində Salyan rayon sakini Rövşən İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Lamiyə Mərdanovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Geri qayıt