7 ay əvvəl itkin düşən Bakı sakininin meyiti Qusar meşəsində tapıldı

Qusar rayonu ərazisində meşədə çürümüş vəziyyətdə olan kişi meyiti tapılıb.
APA-nın verdiyi məlumata görə, ölən şəxsin Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Mirvahid Musəvi olduğu məlum olub.
Qeyd edək ki, çürümüş kişi meyiti rayonun Mucuq kəndi ərazisində meşə massivində aşkarlanıb. Onun bu il mayın 22-də saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 49, 37 saylı mənzildən çıxıb və bir daha geri qayıtmadığı bildirilir. M. Musəvi itkin düşən şəxs kimi qeydiyyatda olub.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
ONNmedia