Sərxoş piyadanı avtomobil vurub

Sərxoş piyadanı avtomobil vurub


Xaçmaz rayonunda 62 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

ONN media Report -a istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini, 1956-cı il təvəllüdlü Telman Babayev yolu keçərkən onu avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

T.Babayevin yolu keçərkən sərxoş vəziyyətdə olduğu bildirilir.  

Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.

Geri qayıt