Naməlum şəxslər 81 yaşlı qadını evində qarət etdilər

Naməlum şəxslər 81 yaşlı qadını evində qarət etdilər


Bakıda naməlum şəxslər 81 yaşlı qadını evində qarət edib.

ONN media xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Sovxoz küçəsi, ev 12, mənzil 1-də baş verib.

Həmin mənzildə yaşayan 1937-ci il təvəllüdlü Nağıyeva Xədicə Bəhlul qızı evində tək olduğu zaman 2 nəfər naməlum şəxs evə basqın edib.

Həmin şəxslər qadını hədələyərək onun barmağındakı brilyant qaşlı üzüyü çıxarıb qaçıblar.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (Soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Geri qayıt