Güclü partlayış - Ölən və yaralananlar var

Belçikada güclü partlayış olub.
ONN media xarici mediaya istinadən xəbər verir ki, hadisə Antverpen şəhərindəki liman yaxınlığında yerləşən tullantılar emalı müəssisəsində qeydə alınıb.
Nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Partlayışa güclü yanğının səbəb olduğu bildirilir.