Balakəndə 25 yaşlı qadını avtomobil vurub

Balakəndə 25 yaşlı qadını avtomobil vurub


Balakən rayonunda 25 yaşlı qadını avtomobil vurub.

ONN media xəbər verir ki, hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısında baş verib. 

Belə ki, Balakən şəhər sakini, 1993-cü il təvəllüdlü Sevər Mehman qızı Mirzəyeva yolu keçmək istəyərkən “VAZ-21074” markalı minik avtomobili vurub. Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sağ körpücük sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Geri qayıt